11 İyul 10:58 Azarkeşlər maşınları yandırdılar, 40 nəfər saxlanıldı
AÇ-2016 xəbərləri 11 İyul 10:58
896 baxış

Azarkeşlər maşınları yandırdılar, 40 nəfər saxlanıldı

AÇ-2016-nın final matçından sonra xoşagəlməz hal yaşanıb. Apasport.az saytı xəbər verir ki, insident Eyfel qülləsinin yanında təşkil edilmiş fan-zonada baş verib.

 

Belə ki, Portuqaliya - Fransa oyunundan (1:0) sonra 90 mindən çox azarkeşin yer aldığı fan-zonada aləm bir-birinə dəyib. “Xoruzlar”ın məğlubiyyəti yerli fanatları özlərindən çıxarıb. Əsəblərinə hakim ola bilməyən azarkeşlər bir neçə avtomobili yandırıblar.

 

Hadisə yerinə çatan polis gözyaşardıcı qazdan istifadə etməli olub. Ara sakitləşdikdən sonra 40 fanat polis tərəfindən saxlanılıb. Onlarla bağlı qərar araşdırma aparıldıqdan sonra veriləcək.

 

 

Xəbər lenti