10 İyul 17:00 Azərbaycan atleti finalda
ATLETİKA xəbərləri 10 İyul 17:00
851 baxış

Azərbaycan atleti finalda

Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Universiadada daha bir Azərbaycan idmançısı mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, atletikanın 5000 metr məsafəyə qaçış növündə təsnifat mərhələsinə start verilib.

 

Azərbaycan atleti Hayle İbrahimov 1-ci qaçışda qüvvəsini sınayıb. Məsafəni 13 dəqiqə 51,40 saniyəyə qət edən idmançımız finiş xəttinə 1-ci çatıb. O, ən yaxın izləyicisini təxminən 10 saniyə qabaqlayıb.

 

Bununla da İbrahimov sabah keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

 

Qeyd edək ki, Hayle Universiadaların rekordçusudu. O, 2013-cü ildə keçirilən yarışda məsafəni 13 dəqiqə 35,89 saniyəyə qət etmişdi.

Xəbər lenti