17 İyun 12:46 Altay Həsənov: Ədalətsizliyə son qoymaq üçün etirazımızı təqdim edəcəyik
BAKI-2015 xəbərləri 17 İyun 12:46
701 baxış

Altay Həsənov: Ədalətsizliyə son qoymaq üçün etirazımızı təqdim edəcəyik

“Bəzi komandalar səhvə yol verib, alətləri yerə salırdılar. Amma son nəticədə bizimlə müqayisədə onlar final mərhələsinə vəsiqə qazandılar. Başa düşə bilmirəm, bu necə ola bilər?” Bunu apasport.az saytına Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.

 

Federasiya rəsmisi qrup hərəkətləri üzrə 5 lentlə çıxış edən yığmamızın final mərhələsinə yüksələ bilməməyinə münasibət bildirib. O, hakimindən narazı olduğunu bəyan edib: “Biz bu ədalətsizliyə son qoymaq üçün etirazımızı təqdim edəcəyik”.

 

Qeyd edək ki, hakimlər tərəfindən 16,700 xalla qiymətləndirilən millimiz 8-ci olub.  

Xəbər lenti