10 Aprel 17:20 Avropa Oyunları öncəsi yarımfinalda
BAKI-2015 xəbərləri 10 Aprel 17:20
533 baxış

Avropa Oyunları öncəsi yarımfinalda

Basketbolun 3X3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa Oyunlarına hazırlığı davam etdirir. Apasport.az saytının məlumatına görə, Daşkənddə keçirilən beynəlxalq turnirə qatılan komandamız qrup mərhələsini məğlubiyyətsiz başa vurub.

 

Belə ki, 5 oyunda rəqiblərinə qalib gəlməkdə ciddi müqavimətlə üzləşməyən basketbolçularımız artıq yarımfinala vəsiqə qazanıb. Komandamızın qrup mərhələsində nəticələri aşağıdakı kimidi:

 

Azərbaycan – “TİS OULs” (Özbəkistan) – 21:2

Azərbaycan – “Snou Leopards” (Qazaxıstan) – 21:4

Azərbaycan - KİKA (Özbəkistan) – 14:13

Azərbaycan – DYUSŞOR-7 (Özbəkistan) – 20:14

Azərbaycan – “Almalik” (Özbəkistan) – 20:18

 

Qələbələrimizdə əsas pay sahibləri millimizin üzvləri - Aleksandra Mollenhauer və Tatyana Deniskina olub.

 

Qeyd edək ki, turnirdə 12 komanda 2 qrupda mübarizə aparır.

Xəbər lenti