29 İyun 08:53 "Avropanın bütün reytinqli cüdoçuları Bakıya gəlmişdilər" - rusiyalı məşqçi
BAKI-2015 xəbərləri 29 İyun 08:53
1019 baxış

"Avropanın bütün reytinqli cüdoçuları Bakıya gəlmişdilər" - rusiyalı məşqçi

“Avropa Oyunları çox ciddi turnir idi. Yarışa Avropanın, demək olar ki, bütün reytinqli cüdoçuları gəlmişdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın qadınlardan ibarət cüdo yığmasının məşqçisi Konstantin Filosofenko deyib.

 

Avropa Oyunlarının sonuncu günündə cüdoçu kişilərin komanda yarışında Rusiya bürünc medal qazanıb. Fərdi yarışlarda isə rusiyalı cüdoçular 10 (3-1-6) medal əldə ediblər.

 

Filosofenko ölkəsinin Olimpiya Komitəsinin açıqlamasında Rusiyanın cüdo yığmasının ümumi çıxışını dəyərləndirib.

 

O qeyd edib ki, artıq gələn il keçiriləcək Olimpiada barədə düşünəcəklər: “Yalnız zədəli cüdoçular Bakıya gəlməmişdilər. Avropa Oyunlarında yer tutan bütün cüdoçular reytinq xallarını artırdılar. Bu da onların Olimpiadaya lisenziya qazanmalarına kömək edəcək. Artıq diqqətimizi Rio Olimpiadasına yönəldəcəyik. Qadınlardan ibarət komandamız da Bakıdakı yarışda yaxşı çıxış etdi. İrina Dolqovanı, xüsusilə, qeyd edərdim. O, layiqli bürünc medal qazandı”. 

Xəbər lenti