22 İyun 23:56 Azərbaycan prezidentinə Sambonun Çempion kəməri təqdim edilib - FOTO
BAKI-2015 xəbərləri 22 İyun 23:56
649 baxış

Azərbaycan prezidentinə Sambonun Çempion kəməri təqdim edilib - FOTO

Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov ilə görüşüb. APA-nın məlumatına görə, qonaq Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə Sambonun Çempion kəmərini dövlətimizin başçısına təqdim edib.

 

V.Şestakovun bildirib ki, prezident İlham Əliyev sambonun Azərbaycanda və bütün dünyada inkişafına göstərdiyi böyük xidmətlərə görə Sambonun Çempion kəmərinə layiq görülüb.

 

“Ümid edirəm ki, Sizin dəstəyinizlə sambo Olimpiya Oyunlarına yol tapacaq. Bu, ikinci belə kəmərdir. Birincisi Vladimir Vladimiroviç Putinə təqdim olunub”, deyə V.Şestakov bildirib.

 

Qeyd edək ki, iyunun 21-də Azərbaycan prezidenti İlham Əliyev,  xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışlarının gedişini izləyiblər.

Xəbər lenti