22 İyun 09:55 “Azərbaycan yığması yüksək yerlərdən birini tutacaq” - Angel Santana
BAKI-2015 xəbərləri 22 İyun 09:55
817 baxış

“Azərbaycan yığması yüksək yerlərdən birini tutacaq” - Angel Santana

“Təəssüratlarımız çox yüksəkdi. Bakı gözəl şəhərdi. Avropa Oyunları da yüksək səviyyədə təşkil edilib”. Apasport.az saytının məlumatına görə, bunu Rumıniyanın kişilərdən ibarət basketbol millisinin üzvü Angel Santana deyib.

 

Bakı-2015 I Avropa Oyunlarında sabah basketbolun 3X3 növündə mübarizə start götürəcək.

 

Santana bu gün baş tutan mətbuat konfransında Avropa Oyunları barədə təəssüratlarını bölüşüb. O, basketbolun 3X3 növünün yeni olduğunu bildirib: “Bildiyiniz kimi, bu, yeni idman növüdü. Son iki ildə müxtəlif tədbirlərdə iştirak edirik. Ömrüm boyu basketbol oynamışam. Son dövrlərdə isə bu, daha da intensivləşib. Rumıniyada iki yarış təşkil edilir. Son ildə Avropa çempionatında qalib olmuşuq. Dünya turu olur. Ölkə daxilində 5-6 yarış keçirilir. Sonra seçim aparılır və beynəlxalq yarışlara gedirik. Bunun klassik basketboldan fərqi daha sürətli olmasıdı. Burda daha çox oynamaq imkanın olur. Çox möhkəm, sürətli olmalısan və tez reaksiya verməlisən”.

 

Santana Azərbaycan yığması barədə də tərif səsləndirib: “Azərbaycanla seçmə mərhələ oyunlarında görüşmüşdük. Həmin vaxt onlar bizə qalib gəldi. Sonra Avropa çempionatında biz qələbə qazandıq. Güclü idmançıları var. Məncə, yüksək yerlərdən birini tutacaqlar”.

 

Rumıniyalı idmançı əsas rəqibləri barədə də danışıb: “Biz artıq komandaları tanıyırıq. Serbiya, Sloveniya, Litva, İspaniya, Rusiya güclü komandalardı. İtaliya yeni idmançılarla gəlib, onları tanımırıq. Azərbaycanın da geniş imkanları var. Çünki güclü komandaya malikdi. Təbii ki, biz də güclüyük”.

 

Qeyd edək ki, A qrupunda yer alacaq Rumıniya millisi ilk oyununu sabah Litvaya qarşı keçirəcək.

Xəbər lenti