16 İyun 19:07 Bakı-2015: Ağacan Abıyev: Boksçularımız yüksək nailiyyətlər əldə edəcəklər
BAKI-2015 xəbərləri 16 İyun 19:07
525 baxış

Bakı-2015: Ağacan Abıyev: Boksçularımız yüksək nailiyyətlər əldə edəcəklər

“İdmançılarımız Avropa Oyunlarına çox yaxşı hazırlaşıblar və onlara ümidlərimiz yüksəkdi”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev deyib.

 

Milli Olimpiya Komitəsinin baş katibi Bakıda keçirilən Avropa Oyunlarına boks yığmamıza böyük ümid bəslədiklərini bildirib.

 

Abıyev bu gün start götürən yarışların yekununda millimizin adından söz etdirəcəyinə inam ifadə edib: “Hesab edirəm ki, kişilərdən ibarət komandamız çox güclüdü. Tərkibində dünya və Avropa çempionları, beynəlxalq yarışların mükafatçıları var. Yəni, idmançılarımız 2-3 aydı  bu yarışlara çox ciddi şəkildə hazırlaşırlar. İnanıram ki, boksçularımız elə güləşçilərimiz kimi yüksək nailiyyətlər əldə edəcəklər”.

 

Qeyd edək ki, Azərbaycan boks yığması Avropa Oyunlarına 15 (10 kişi, 5 qadın) idmançı ilə qatılacaq.

 

Xəbər lenti