22 İyun 10:18 Bakı-2015: Azərbaycan millisinin rəqibi bəlli oldu
BAKI-2015 xəbərləri 22 İyun 10:18
1109 baxış

Bakı-2015: Azərbaycan millisinin rəqibi bəlli oldu

Bakı-2015  Avropa Oyunlarında qadın voleybolçuların yarışında 1/4 final cütləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mübarizəni davam etdirəcək 8 komandanın siyahısı qrup mərhələsinin son turunda dəqiqləşib.

 

Bununla da iyunun 23-də baş tutacaq 1/4 final cütləri bəlli olub. A qrupunda 2-ci yeri tutan Azərbaycan millisi B qrupunun ikincisi Hollandiya ilə qarşılaşacaq.

 

Bu cütün qalibi yarımfinalda Türkiyə - Rusiya matçının güclüsü ilə qarşılaşacaq.

 

Voleybol, qadınlar

23 iyun

1/4 final

Türkiyə - Rusiya

Azərbaycan – Hollandiya

Almaniya – Polşa

Serbiya - Belçika

 

 

 

Xəbər lenti