1 İyun 17:46 Bakı-2015: Azərbaycan Oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirləri görüb
BAKI-2015 xəbərləri 1 İyun 17:46
481 baxış

Bakı-2015: Azərbaycan Oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirləri görüb

Monteneqro Milli Olimpiya Komitəsi yarışlarda iştirak edəcək 55 idmançının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, balkanlıların böyük əksəriyyəti iki idman növü üzrə yarışacaqlar.

 

Monteneqro yığması ilk Avropa Oyunlarında atletika üzrə 30, su polosu üzrə isə 13 idmançı ilə mübarizə aparacaq. Digər idman növlərindən cüdo üzrə 4, boks və üzgüçülük üzrə 2,  karate, velosiped, atıcılıq və taekvondo növlərinin hər biri üzrə isə bir iştirakçı yarışacaq.

 

Balkan təmsilçisinin Bakı-2015 komandasının rəhbəri Andriya Popoviç ölkəsinin bu yarışlarda ən azı bir medal qazanacağına inandığını bildirib: “Biz bu tarixi Avropa Oyunlarında mükafat sahibi olacağımıza inanırıq. Mən əminəm ki, Bakıda yarışlar çox gözəl keçəcək. Ona görə ki, Azərbaycan Oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirləri görüb”.

 

Monteneqro Olimpiya Komitəsinin prezidenti, cənab Dusan Simonoviç su polosu yığmasına güvəndiklərini açıqlayıb: “Bizim Avropaya nümayiş etdirəcəyimiz çox şeyimiz var və Bakıdan mükafatla qayıdacağımıza ümid edirəm. Su polosu komandamız mükafata daha çox iddialıdır. Xatırladım ki, komandamız iki il bundan əvvəl Avropa çempionu olub. Əgər hər şey plana uyğun gedərsə, bu çox rəqabətli bir yarış olacaq”.

 

Xəbər lenti