25 İyun 21:36 Bakı-2015: Basketbol yığmalarımız mübarizəni 1/4 finalda dayandırdı - YENİLƏNİB
BAKI-2015 xəbərləri 25 İyun 21:36
7536 baxış

Bakı-2015: Basketbol yığmalarımız mübarizəni 1/4 finalda dayandırdı - YENİLƏNİB

Bakı-2015 I Avropa Oyunlarında 3x3 basketbol yarışları üzrə 1/8 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, həm kişilərdən, həm də qadınlardan ibarət Azərbaycan yığmaları növbəti mərhələyə vəsiqə uğrunda oyuna çıxıblar.

 

Kişi basketbolçulardan ibarət yığmamız 1/8 final matçında İsraillə üz-üzə gəlib. İsraili 5 top fərqi ilə məğlub edən seçməmiz 1/4 finalda İspaniyaya rəqib olub.

 

Qadınlardan ibarət komandamız isə Litva ilə qarşılaşıb. Komandamız güclü rəqibi üzərində inamlı qələbə qazanaraq, adını 1/4 finala yazdırıb. Qadınların da bu mərhələdəki rəqibi İspaniya olacaq.

 

Ancaq 1/4 finalda həm kişilər, həm də qadınlar İspaniyalı həmkarları ilə dueldən məğlub ayrılıblar. Bununla da komandalarımız yarımfinala yüksəlmək şansını əldən verib və mübarizəni dayandırıblar.

 

Sabah kişilər arasında yarışın yarımfinal mərhələsində Sloveniya - Rusiya, Serbiya - İspaniya, qadınların mübarizəsində isə Sloveniya - Ukrayna və İspaniya - Rusiya qarşılaşmaları oynanılacaq.

 

 

25 iyun

3x3 basketbol

 

Kişilər

1/8 final

Sloveniya – İsveçrə - 16:14

Yunanıstan – Belçika - 21:12

Rusiya – Estoniya - 19:18

Çexiya – Rumıniya - 18:16

Serbiya – Türkiyə - 21:13

Litva – Andorra - 19:14

Azərbaycan – İsrail - 19:14

İspaniya - İtaliya - 22:20

 

1/4 final

Sloveniya - Yunanıstan - 18:17

Rusiya - Çexiya - 21:18

Serbiya - Litva - 17:11

Azərbaycan - İspaniya - 14:17

 

Qadınlar

1/8 final

İsveçrə - İsrail - 14:7

Sloveniya – Belçika - 14:11

Ukrayna – Slovakiya - 16:8

Rumıniya – Yunanıstan - 6:15

İspaniya – Türkiyə - 11:5

Azərbaycan – Litva - 17:10

Rusiya – Hollandiya - 20:12

Çexiya - İrlandiya - 13:17

 

1/4 final

İsveçrə - Sloveniya - 11:17

Ukrayna - Yunanıstan - 21:19

İspaniya - Azərbaycan - 19:17

Rusiya - İrlandiya - 21:15

Xəbər lenti