17 İyun 13:38 Bakı-2015: Bədii gimnastlarımız 9-cu pillədə - YENİLƏNİB
BAKI-2015 xəbərləri 17 İyun 13:38
2589 baxış

Bakı-2015: Bədii gimnastlarımız 9-cu pillədə - YENİLƏNİB

 

Bakı-2015 I Avropa Oyunlarında bədii gimnastika yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışların ilk günündə qrupların mübarizəsinə start verilib.

 

Azərbaycanı təmsil edən qrup lentlərlə hərəkətdə təsnifat mərhələsini adlaya bilməyib. 16,700 xal toplayan komandamız 13 iştirakçı arasında 8-ci olub. Final mərhələsinə 6 yığma yüksəlib. Gürzlər və həlqələrlə hərəkətdə 15,450 xal toplayan təmsilçilərimiz 9-ci olaraq, finala çıxa bilməyib.

 

Heyətində Səbinə Abbasova, Aynur Mustafayeva, Siyana Vasilyeva, Aleksandra Platonova və Diana Doman çıxış etdiyi yığmamız iki hərəkətin cəmində 32,150 xal qazanıb. Bununla da təmsilçilərimiz çoxnövçülük yarışlarında 9-cu olub. Avropa oyunlarının qalibi adına isə Rusiya yiyələnib – 35,300.

 

İsrail təmsilçiləri 2-ci yerlə kifayətlənib – 35,050. Belarus yığması isə 34,850 xalla 3-cü pilləni tutub.

 

Xəbər lenti