18 İyun 22:00 Bakı-2015: Daha 16 dəst medal sahibini tapdı
BAKI-2015 xəbərləri 18 İyun 22:00
563 baxış

Bakı-2015: Daha 16 dəst medal sahibini tapdı

Bakı-2015 I Avropa Oyunlarının VII günündə 16 dəst medalın sahibi məlum olub. Apasport.az saytının məlumatına görə, taekvondo, kişilər arasında sərbəst güləş, kamandan oxatma, atıcılıq, idman gimnastikası, şosse velosipedi və suya tullanma yarışlarında ilk “üçlük”lər medallarına qovuşublar.

 

Azərbaycan Oyunların VII günündə 6 medal qazanıb. Bunlardan 1-nin əyarı qızıl, 2-nin gümüş, 3-nün isə bürünc olub.

 

80 kq çəki dərəcəsində yığmamızı təmsil edən taekvondoçu Milad Beiqi Harçeqani fəxri kürsünün ən yuxarı pilləsinə qalxdığı halda, Fəridə Əzizova (taekvondo, 67 kq) və Oleq Stepko (idman gimnastikası) yarışları gümüş, sərbəst güləşçilər Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq) və Camaləddin Məhəmmədov (125 kq) isə bürünc medalla başa çatdırıb. Bu gün qeydə alınan nəticələrdən sonra Azərbaycan yarışda qazandığı medalların sayını 29-a çatdırıb.

 

Qeyd edək ki, bununla I Avropa Oyunlarında ümumilikdə 87 dəst medal öz sahibini tapıb.

 

 

Taekvondo

 

Kişilər

80 kq

1. Milad Beiqi Harçeqani (Azərbaycan)

2. Albert Qaun (Rusiya)

3. Julio Ferreyra (Portuqaliya)

3. Lutalo Muhammad (Böyük Britaniya)

 

Qadınlar

67 kq

1. Anastasiya Barışnikova (Rusiya)

2. Fəridə Əzizova (Azərbaycan)

3. Elin Yohansson (İsveç)

3. Nur Tatar (Türkiyə)

 

 

Güləş

 

Kişilər

61 kq

1. Aleksandr Boqomoyev (Rusiya)

2. Beka Lomtadze (Gürcüstan)

3. Hacı Əliyev (Azərbaycan)

3. Vasili Şuptar (Ukrayna)

 

70 kq

1. Məhəmmədrəsul Hacıməhəmmədov (Rusiya)

2. Məhəmmədmurad Hacıyev (Polşa)

3. Ruslan Dibirhacıyev (Azərbaycan)

3. Qor Yakup (Türkiyə)

 

86 kq

1. Abdulrəşid Sadulayev (Rusiya)

2. Pyotr Yanulov (Moldova)

3. Radoslav Marçinkeviç (Polşa)

3. Sandro Aminaşvili (Gürcüstan)

 

125 kq

1. Taha Akgül (Türkiyə)

2. Aleksey Şemarov (Belarus)

3. Camaləddin Məhəmmədov (Azərbaycan)

3. Geno Petriaşvili (Gürcüstan)

 

 

Atıcılıq

 

Kişilər

50 metrdən uzanaraq tüfənglə atəş

1. Henri Yunqhanel (Almaniya)

2. Marko de Nikolo (İtaliya)

3. Sergey Martnyov (Belarus)

 

Qadınlar

Qarışıq komanda halında səngər stendi

1. Slovakiya

2. Rusiya

3. San Marino

 

 

İdman gimnastikası

 

Kişilər

Fərdi çoxnövçülük

1. Oleq Verniayev (Ukrayna)
2. Oleq Stepko (Azərbaycan)

3. Nikita İqnatyev (Rusiya)

 

Qadınlar

Fərdi çoxnövçülük

1. Aliya Mustafina (Rusiya)
2. Julia Steinqruber (İsveçrə)

3. Like Vevers (Hollandiya)

 

 

Kamandan oxatma

 

Kişilər

Komanda, çoxnövçülük

1. Ukrayna

2. İspaniya

3. Hollandiya

 

Qadınlar

Komanda, çoxnövçülük

1. İtaliya

2. Belarus

3. Ukrayna

 

 

Şosse velosipedi

 

Kişilər

Zamana qarşı fərdi yarış

1. Vasili Kiriyenka (Belarus)

2. Stef Klement (Hollandiya)

3. Leon Luis Sançes (İspaniya)

 

Qadınlar

Zamana qarşı fərdi yarış

1. Ellen van Diyk (Hollandiya)

2. Qanna Solovey (Ukrayna)

3. Annemiek van Vleuten (Hollandiya)

 

 

Suya tullanma

 

Kişilər

1 metr tramplin

1. Nikita Şleyker (Rusiya)

2. İlya Molçanov (Rusiya)

3. Ceyms Hitli (Böyük Britaniya)

 

Qadınlar

Platforma

1. Lois Toulson (Böyük Britaniya)

2. Anna Çuynişena (Rusiya)

3. Elena Vassen (Böyük Britaniya)

 

Xəbər lenti