18 İyun 15:36 Bakı-2015: Elxan Məmmədov milli üzvləri ilə görüşdü  - FOTO
BAKI-2015 xəbərləri 18 İyun 15:36
452 baxış

Bakı-2015: Elxan Məmmədov milli üzvləri ilə görüşdü - FOTO

AFFA-nın baş katibi Elxan Məmmədov çimərik futbolu üzrə Azərbaycan milli komandası ilə görüşüb. Apasport.az saytının məlumatına görə, assosiasiyanın Futbol akademiyasında keçirilən görüş yığmanın Bakı-2015 I Avropa Oyunlarında iştirakına həsr olunub.

 

Baş katib millimizə AFFA-nın prezidenti Rövnəq Abdulayevin adından uğurlar arzulayıb. Tədbirdə qeyd olunub ki, belə bir möhtəşəm idman tədbirində çıxış etmək qürurvericidi.


Millinin baş məşqçisi Jose Migel Mateus və komandanın kapitanı Emin Kürdov çıxış edərək mötəbər yarışda mübarizə aparmağın böyük şans olduğunu bildiriblər. Onlar yaxşı nəticə qazanmaq üçün səylərini əsirgəməyəcəklərini qeyd ediblər.
 

Görüşdə Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi və vitse-prezident Fərid Axundov da iştirak edib.


Qeyd edək ki, yığmamız Bakı-2015 I Avropa Oyunlarında A qrupunda Portuqaliya, İsveçrə və Ukrayna komandaları ilə mübarizə aparacaq.

Xəbər lenti