2 İyun 09:34 Bakı-2015: "İbrahimoviç Avropa Oyunları ilə bağlı heç bir tədbirə qatılmayacaq"
BAKI-2015 xəbərləri 2 İyun 09:34
2590 baxış

Bakı-2015: "İbrahimoviç Avropa Oyunları ilə bağlı heç bir tədbirə qatılmayacaq"

İsveç milli komandasının və Fransanın PSJ klubunun futbolçusu Zlatan İbrahimoviçin Bakı səfəri Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı deyil. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri, Bakı-2015 I Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı-direktoru Azad Rəhimov açıqlayıb.

 

İyunun 12-28-də keçiriləcək I Avropa Oyunlarının Məşəlinin Bakı marşrutunun təqdimat mərasimində çıxış edən nazir məşhur futbolçunun ölkəmizə gəlməsi ilə bağlı suallara aydınlıq gətirib. Rəhimov bildirib ki, İbrahimoviçin səfəri bəzilərinin ehtimal etdiyi kimi Avropa Oyunları ilə bağlı deyil: “Zlatan İbrahimoviç Bakıya BEGOC xətti ilə gəlməyib. İsveçli futbolçu Avropa Oyunları ilə bağlı heç bir tədbirə qatılmayacaq. İbrahimoviç ölkəmizə şəxsi dəvətlə gəlib”.

 

Qeyd edək ki, PSJ-nin ulduzu Bakıya dünən gəlib.

Xəbər lenti