25 İyun 21:38 Bakı-2015: Millimiz Türkiyəyə yenə uduzdu - YENİLƏNİB
BAKI-2015 xəbərləri 25 İyun 21:38
10532 baxış

Bakı-2015: Millimiz Türkiyəyə yenə uduzdu - YENİLƏNİB

Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsində yarımfinal matçları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan 2 qarşılaşma final və 3-cü yer uğrunda mübarizə aparacaq cütləri müəyyənləşdirib.

 

Gərgin mübarizə şəraitində keçən hər iki oyunun taleyi tay-brekdə həll olunub.

1/4 finalda Hollandiya üzərində asan qələbə qazanan Azərbaycan yığması qrup mərhələsində 0:3 hesabı ilə məğlub olduğu Türkiyə ilə qarşılaşıb. İlk setdə məğlub olan Aleksandr Çervyakovun yetirmələri sonrakı hissədə bərabərliyi təmin edib. Üçüncü setdə də yenilən yığmamız liderlərinin inamlı oyunu sayəsində gərgin keçən 4-cü seti xeyrinə başa vuraraq, qarşılaşmanı tay-brekə daşıyıb. Lakin həlledici setdə “ay-uldulular” qalib gəlib.

 

Digər yarımfinal cütündə isə Polşa və Serbiya münasibətlərinə aydınlıq gətiriblər. Gərgin keçən mübarizə tay-brekə qədər uzanıb. Son seti daha yaxşı keçirən Polşa finala vəsiqə qazanmağa müvəffəq olub.

 

Qeyd edək ki, qadın voleybolçuların yarışında mükafatçılar iyunun 27-də müəyyənləşəcək. Saat 16:00-da 3-cü yer uğrunda qarşılaşmada Azərbaycan və Serbiya, 18:30-da baş tutacaq final matçında isə Polşa ilə Türkiyə görüşəcək.

 

25 iyun

Voleybol, qadınlar

Yarımfinallar

Polşa – Serbiya - 3:2 (25:23, 20:25, 25:19, 22:25, 15:12)

Türkiyə - Azərbaycan - 3:2 (25:21, 23:25, 25:19, 23:25, 15:11)