18 İyun 15:01 Bakı-2015: Pavluxina 6-cı oldu, Əsədov finişə çatmadı - YENİLƏNİB
BAKI-2015 xəbərləri 18 İyun 15:01
688 baxış

Bakı-2015: Pavluxina 6-cı oldu, Əsədov finişə çatmadı - YENİLƏNİB

Bakı-2015 I Avropa Oyunları çərçivəsində bu gün şosse velosipedi üzrə yarışlara start verilib. Apasport.az saytının məlumatına görə, iştirakçılar öncə fərdi ötüşmədə (time-trial) mübarizə aparır.

 

Bilgəhdə təşkil olunan yürüşlərdə Azərbaycan yığma komandasının 2 üzvü çıxış edirb.

 

Əvvəl qadınların yarışı keçirilib. Mükafatlar uğrunda mübarizə aparan 29 velosipedçi arasında Azərbaycan təmsilçisi Alyona Pavluxina da qüvvəsini sınayıb. O, məsafəni 33 dəqiqə 57,45 saniyəyə qət edib.

 

O, bu nəticə ilə yarışı 6-cı pillədə başa vurub. Çempion adına isə hollandiyalı Ellen van Diyk yiyələnib – 32.26,87. Ukraynalı Anna Solovey (33.03,37) 2-ci, digər hollandiyalı Annemik van Vleuten (33.33,56) 3-cü olub.

 

40 kişi velosipedçi arasında isə ölkəmizin idman şərəfini Elçin Əsədov qoruyub. İdmançımız 12,9 km məsafədəki ara finişdə 20-ci olsa da, yarışı bitirə bilməyib. Belə ki, təmsilçimiz finiş xəttinə çatmayıb.

 

Xəbər lenti