5 Fevral 14:41 Bakı-2015: Sloveniya millisi Avropa Oyunları ərəfəsində dağıldı
BAKI-2015 xəbərləri 5 Fevral 14:41
313 baxış

Bakı-2015: Sloveniya millisi Avropa Oyunları ərəfəsində dağıldı

Basketbolun 3X3 növü üzrə Avropa çempionatının gümüş mükafatçıları Bakıda keçiriləcək I Avropa Oyunlarına gələ bilməyəcəklər. Apasport.az saytının məlumatına görə, Sloveniya yığmasının Blaz Kresnar, Akes Kunç, Yasmin Erseqovaç və Rok Smakadan ibarət “dördlüyü” birgə çıxışlarına son veriblər.

 

Bu üzdən ölkəmizdə keçiriləcək mötəbər yarışda Sloveniya fərqli komanda ilə təmsil olunacaq. Avropa çempionatının final oyununda 16:19 hesabı ilə məğlub olan “kvartet”in dağılmasına səbəb Dünya turundakı uğursuz nəticələridi.

 

Məğlubiyyətlər komandadaxili ab-havaya da mənfi təsirini göstərib və bu üzdən də onlar bir-birindən ayrılıblar. Dünya turuna “Lyublyana” kimi qatılan komanda final mərhələsinə yüksəlməyi bacarmamışdı.  

 

Bu komandanın yeni “dordlüyünün” hamısı dəqiqləşməsə də, Kresnarla Smaka orada qalması istisna olunmur.

 

Qeyd edək ki, Bakı-2015-də iştirak edəcək sloveniyalıların heyəti martın 12-də açıqlanmalıdı. Lakin əsasnaməyə görə, mayın 1-dək həmin heyətdə dəyişiklik etməm mümkündü.