24 İyun 10:25 Bakı-2015: Şpaqaçılarımız 1/16 finala vəsiqə qazana bilmədi - YENİLƏNİB
BAKI-2015 xəbərləri 24 İyun 10:25
595 baxış

Bakı-2015: Şpaqaçılarımız 1/16 finala vəsiqə qazana bilmədi - YENİLƏNİB

Bu gün Bakı-2015 I Avropa Oyunlarında qılıncoynatma yarışlarına daha 2 dəst medalın sahibi müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, qadınlar rapira, kişilər şpaqada növündə mükafatçıları müəyyənləşdirir.

 

Kişilərin qrup mərhələsində 35 idmançı mübarizəyə qatılıb. Onlar 5 qrupda qüvvəsini sınayıb. Azərbaycanın 4 şpaqaçısı da bu mərhələdə mübarizə aparıb.

 

Kənan Əliyev A, Nəcəf Məhərrəmov B, Vəkil Nəsibov C, Mehrab Həsənov E qrupunda çıxış edib. Şpaqaçılarımızdan yalnız ikisi qələbə sevinci yaşayıb. Kənan 2, Mehrab 1 dəfə qalib gəlməyi bacarıb. Onların hər ikisi qrupda 6-ci yeri tutub. 6 oyunun hamısında yenilən Nəcəflə Vəkil isə 7-ci olub. Qrup mərhələsindəki uğursuzluq qılıncoynadanlarımızın 1/16 finaal yüksəlməsinə imkan verməyib və təmsilçilərimiz mübarizəni dayandırıb.

 

Qadınların rapira yarışında ümumilikdə 36 qılıncoynadan 6 qrupda mübarizə aparıb. Bu yarışda ölkəmiz təmsil olunmayıb.

 

Xəbər lenti