18 İyun 22:40 Bakı-2015: Taekvondoçumuza qızıl medalı İlham Əliyev təqdim etdi - VİDEO
BAKI-2015 xəbərləri 18 İyun 22:40
808 baxış

Bakı-2015: Taekvondoçumuza qızıl medalı İlham Əliyev təqdim etdi - VİDEO

Bakı-2015 I Avropa Oyunlarında Azərbaycana 12-ci qızıl medalı taekvondoçumuz Milad Beiqi Harçeqani qazandırıb. Apasport.az saytının məlumatına görə, 80 kq çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə Rusiya təmsilçisi Albert Quana qalib gəlib.

 

Nəticədə Harçeqani çempion olaraq, ilk Avropa Oyunlarının birincisi adına layiq görülüb.

 

Bu görüşü Azərbaycan prezidenti İlham Əliyev, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov da tribunadan izləyib.

 

Fəxri kürsüyə qalxan Harçeqaniyə qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib.

 

Daha sonra himn sədaları altında dövlət bayrağımız dalğalanıb.

Xəbər lenti