17 İyun 22:49 Bakı-2015: “Vətəndə uduzmaq olmazdı” – Ayxan Tağızadə - VİDEO
BAKI-2015 xəbərləri 17 İyun 22:49
3320 baxış

Bakı-2015: “Vətəndə uduzmaq olmazdı” – Ayxan Tağızadə - VİDEO

“Ümidləri doğrultdum. Taekvondo üzrə ilk qızıl medalı mən qazandım”. Bu sözləri apasport.az saytına açıqlamasında I Avropa Oyunlarının qızıl mükafatçısı, taekvondoçu Ayxan Tağızadə deyib.

 

68 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə çıxan idmançımız sevinc hisslərini bölüşüb.

 

19 yaşlı atlet final görüşünün çətin keçdiyini etiraf edib: “Mənə ümidlər böyük idi. Etimadı doğrultdum. Hamıya təşəkkür edirəm. Cənab prezidentimiz İlham Əliyevə, Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova, şəxsi müəllimim, atam Əvəz Tağıyevə, baş məşqçim Reza Mehmandosta təşəkkür edirəm. Final döyüşüm çətin keçdi. Amma Vətəndə uduzmaq olmazdı. Azarkeşləri sevindirdim. Yarışın Azərbaycanda keçirilməsi məsuliyyətli daha da artırırdı. Buna görə də, bütün gücümü sərf edərək, qalib gəldim. Baş məşqçimin taktikasına uyğun hərəkət etdim və qızıl medal qazandım”.

Xəbər lenti