19 İyun 20:19 Bakı-2015: Yığmamız 10-cu yeri tutdu - YENİLƏNİB
BAKI-2015 xəbərləri 19 İyun 20:19
702 baxış

Bakı-2015: Yığmamız 10-cu yeri tutdu - YENİLƏNİB

Bu gün Bakı-2015 I Avropa Oyunlarında aerobika gimnastikasında növbəti yarış keçirilib. Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında qrupların təsnifat mərhələsi baş tutub.

 

11 komandanın mübarizəsində Azərbaycan yığması da qüvvəsini sınayıb. Millimizi yarışda Yekaterina Kotlyarova, Vera Bosıx, Timur Ələkbərov, Elçin Məmmədov və Vladimir Dolmatov təmsil edib.

 

Yığmamız 17,383 xal toplayaraq, 11 komanda arasında 10-cu olub və yalnız Ukraynanı qabaqlaya bilib. Bununla da millimiz mübarizəni dayandırıb. Final mərhələsinə isə ilk 6 yeri tutan komandalar – Rumıniya, İspaniya, Macarıstan, Rusiya, Fransa və İtaliya adlayıblar.

 

Qeyd edək ki, qrupların final mərhələsi iyunun 21-də keçiriləcək.

Xəbər lenti