26 İyun 20:49 Bakı-2015: Yığmamız Portuqaliyaya uduzdu - YENİLƏNİB
BAKI-2015 xəbərləri 26 İyun 20:49
2999 baxış

Bakı-2015: Yığmamız Portuqaliyaya uduzdu - YENİLƏNİB

Bu gün Bakı-2015 I Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışlarda qrup mərhələsinin son oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bugünkü nəticələrdən sonra yarımfinalçıların adlarına aydınlıq gəlib.  

 

A qrupunda çıxış edən Azərbaycan millisi 3-cü matçında da məğlub olub. Portuqaliya ilə qarşılaşan yığmamız 4:6 hesablı məğlubiyyətdən sonra qrup mərhələsini xalsız başa vurub. Nəticədə sonuncu yeri tutan komandamız 5-8-ci yerlər uğrunda mübarizə aparacaq.

 

Qrupumuzun qalibi adına isə Portuqaliya yiyələnib. 2-ci pilləni tutan İsveçrə də yarımfinala adlayıb.

 

B qrupunda isə hər şey axırıncı turda həll olunub. İtaliya Macarıstana qalib gəlməklə yarımfinala vəsiqəni əldə edib. Digər oyunda isə İspaniya ilə Rusiya yığmaları üz-üzə gəlib. Pireneyliləri heç-heçə də qane etsə də, şimallılar vacib qələbə qazanaraq, yarımfinala yüksəlib.

 

Qeyd edək ki, sabah keçiriləcək yarımfinalda İtaliya – İsveçrə və Portuqaliya – Rusiya cütləri üz-üzə gələcək. 5-8-ci yerlər uğrunda mübarizə aparan komandalar da sabah qarşılaşacaq. Azərbaycan millisi İspaniya, Ukrayna Macarıstanla münasibətlərinə aydınlıq gətirəcək.

 

Çimərlik futbolu, III tur

26 iyun

 

A qrupu

İsveçrə - Ukrayna - 5:4

Azərbaycan – Portuqaliya - 4:6

 

1.

Portuqaliya

3

3

0

17-14

8

2.

İsveçrə

3

2

1

17-14

6

3.

Ukrayna

3

1

2

11-11

3

4.

Azərbaycan

3

0

3

9-16

0

 

B qrupu

İtaliya – Macarıstan - 5:4

Rusiya – İspaniya - 5:3

 

1.

İtaliya

3

2

1

12-9

6

2.

Rusiya

3

2

1

14-12

6

3.

İspaniya

3

2

1

9-8

4

4.

Macarıstan

3

0

3

9-15

0

 

Xəbər lenti