24 İyun 20:28 Bakı-2015: Yığmamızdan məğlubiyyətlə start - YENİLƏNİB
BAKI-2015 xəbərləri 24 İyun 20:28
6642 baxış

Bakı-2015: Yığmamızdan məğlubiyyətlə start - YENİLƏNİB

Bakı-2015 I Avropa Oyunlarında bu gün daha bir idman növündə mübarizəyə start verilib. Apasport.az saytının məlumatına görə, çimərlik futbolu üzrə komandalar ilk oyunlarına çıxıblar.

 

A qrupunda mübarizə aparan Azərbaycan yığması günün son matçında meydançaya çıxıb. Ukrayna ilə qarşılaşan komandamız 1:3 hesablı məğlubiyyətlə üzləşib. 

 

Qeyd edək ki, 8 komandanın qatıldığı yarış 2 qrup üzrə keçiriləcək və hər qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Qrupları 3-cü və 4-cü pillədə başa vuracaq komandalar isə 5-ci yer uğrunda mübarizə aparacaqlar.

 

 

Çimərlik futbolu

24 iyun. I tur

 

A qrupu

Portuqaliya – İsveçrə - 6:5

Ukrayna – Azərbaycan - 3:1

 

B qrupu

İspaniya – İtaliya - 1:1, penaltilərlə 3:1

Macarıstan - Rusiya - 3:5

Xəbər lenti