26 İyun 21:50 “Bürünc medal əla nəticədi” - Zakir Mislimov - VİDEO
BAKI-2015 xəbərləri 26 İyun 21:50
1146 baxış

“Bürünc medal əla nəticədi” - Zakir Mislimov - VİDEO

“Zədəli idim. Görüşlərim çox çətin keçdi. Onun üçün də əlimdən gələni etdim ki, yaxşı nəticə qazanım. Çox sevinirəm. Bu yarışa yaxşı hazırlaşmışdıq. Bürünc medal əla nəticədi”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan paracüdo yığmasının üzvü Zakir Mislimov deyib.

 
I Avropa Oyunlarında +90 kq çəki dərəcəsində mübarizə aparan Mislimov bürünc medal uğrunda görüşdə Yunanıstan təmsilçisi Klimis Papaçristos üzərində qələbə qazanıb. Fəxri kürsünün üçüncü pilləsində yer alan Mislimov bildirib ki, +90 kq çəki dərəcəsində ən yüngülü olub: “Buna baxmayaraq, əlimdən gələni edib özümdən ağır cüdoçularla döyüşdüm”.
 
İdmançımız qeyd edib ki, bürünc medal uğrunda qarşılaşdığı Yunanıstan təmsilçisi çox güclü idmançıdı: “Üç dəfə Paralimpiya Oyunlarının iştirakçısı olub. Dəfələrlə Avropa çempionatının medallarını qazanıb və Dünya Kubokunun sahibidi. Onunla dördüncü dəfə idi qarşılaşırdım. Sevinirəm ki, bürünc qazandım”. 

Xəbər lenti