29 İyun 08:21 İlqar Məmmədov: Bakı gələcəkdə Olimpiya Oyunları keçirmək üçün hər cür şansa malikdi
BAKI-2015 xəbərləri 29 İyun 08:21
1185 baxış

İlqar Məmmədov: Bakı gələcəkdə Olimpiya Oyunları keçirmək üçün hər cür şansa malikdi

“Bakı mənim doğma şəhərimdi. Mən burda anadan olub, böyümüşəm. Əlbəttə, bu üzdən də Azərbaycan yığmasının çıxışlarını izləyirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri qılıncoynatma üzrə Rusiya millisinin baş məşqçisi İlqar Məmmədov deyib.

 

Azərbaycan qılıncoynatma məktəbinin yetirməsi olan ikiqat olimpiya çempionu Bakı-2015 I Avropa Oyunlarının yekunlarını dəyərləndirib. Məmmədov Azərbaycan yığması və təşkilatçılıqdan da danışıb: “Sablyaçıları – Bünyatova bacılarını gümüş və bürünc medal münasibətilə təbrik edirəm. Təşkilatçılıq baxımından Avropa Oyunları çox yüksək səviyyədə idi. Fikrimcə, indi Bakı gələcəkdə Olimpiya Oyunlarını keçirmək üçün hər cür şansa malikdi”.

 

Qeyd edək ki,  Məmmədovun baş məşqçisi olduğu Rusiya yığması Bakı-2015-də 1 qızıl, 5 gümüş və 3 bürünc medal qazanıb.

Xəbər lenti