28 İyun 21:09 Mehriban Əliyeva: Ölkəm və xalqımla qürur duyuram - VİDEO
BAKI-2015 xəbərləri 28 İyun 21:09
4672 baxış

Mehriban Əliyeva: Ölkəm və xalqımla qürur duyuram - VİDEO

“İlk Avopa Oyunlarının bağlanış mərasiminə xoş gəlmisiniz. Hörmətli həmyerlilər, idmançılar, prezident İlham Əliyev, qonaqlar, Birinci Avropa Oyunlarının uğurla başa çatması münasibəti ilə sizi ürəkdən təbrik edirəm”. APA-nın məlumatına görə, bunu Bakı 2015: I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakı 2015: I Avropa Oyunlarının rəsmi bağlanış mərasimindəki çıxışında deyib.

 

Mehriban Əliyeva müstəqil Azərbaycana yeni qələbələr, xalqımıza əmin-amanlıq arzulayıb: “Azərbaycan ən yüksək standarta uyğun idman tədbiri keçirdi, bu, idman həmrəyliyinin nümunəsi oldu. Bütün xalqımız öz atletləri ilə qürur duyur. Azərbaycan atletləri ümumi yarışda ikinci yeri tutdu. Bütün atletlərə yarıda iştirak etdiyi üçün təşəkkür edirəm. Bu oyunlar sizin oyunlarınızdır və nailiyyətləriniz bizi ilhamlandırır. Hamınızı təbrik edirəm.

 

Mən Avropa Oyunlarını qətiyyəti və səyi ilə reallığa çevirən Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki və xidməti olan hər kəsə, azarkeşlərə təşəkkür edirəm. Siz oyunlar üçün coşqu yaratdınız. Mən gözəl könüllülərimizə minnətdarlıq edirəm. Siz olmadan bu tədbiri keçirə bilməzdik. Siz bütün Avropadan Azərbaycana xoş gəldiniz və dostluq festivalının bir hissəi oldunuz. Biz köhnə dostlarımızı salamladıq və yeni dostlar qazandıq.

 

Bakıda qarşıdakı illərdə Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları, Futbol üzrə Avropa Çempionatının oyunları keçiriləcək”.

 

M. Əliyeva ölkəmizdən və xalqımızdan böyük qürur duyduğunu vurğulayıb: “Sağ olun, atletlər, sağ ol, Azərbayan!”

Xəbər lenti