18 İyun 20:14 “Məşqçilər məndən qızıl medal gözləyirdilər” – Ruslan Dibirhacıyev - VİDEO
BAKI-2015 xəbərləri 18 İyun 20:14
1489 baxış

“Məşqçilər məndən qızıl medal gözləyirdilər” – Ruslan Dibirhacıyev - VİDEO

“Çempion olmaq istəyirdim. Çünki azarkeşlərimizin qarşısında, evdə döyüşürdüm. Üçüncü yeri tutmağım da az da olsa, sevindiricidi”. Bu sözləri apasport.az saytına açıqlamasında I Avropa Oyunlarının bürünc mükafatçısı

Ruslan Dibirhacıyev deyib.

 

70 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Davit Tlaşadze üzərində qələbə qazanıb.

 

Dibirhacıyev ona dəstək olduqlarına görə azarkeşlərə təşəkkürünü bildirib: “Məşqçilər məndən qızıl medal gözləyirdilər. Təəssüf ki, olmadı. Ən əsası bürünc medalı qazanmaqla, azarkeşləri məyus etmədim. Ümid edirəm ki, bir daha səhvlər olmayacaq. Sağ olsunlar, azarkeşlər mənə dəstək oldular. Hamıya öz təşəkkürümü bildirirəm”.

 

İdmançımız qeyd edib ki, qarşıdan gələn dünya çempionatında qızıl medal qazanmağı qarşısına məqsəd qoyub.

Xəbər lenti