22 İyun 14:01 “O hələ başa düşmür ki, atası uğura imza atıb” – Azərbaycan idmançısı
BAKI-2015 xəbərləri 22 İyun 14:01
1489 baxış

“O hələ başa düşmür ki, atası uğura imza atıb” – Azərbaycan idmançısı

“İmza atdığım uğurdan sonra şokdayam. İndi beynimdə ancaq bir fikir var: yatmaq. Çünki son illər istədiyim qədər yata bilməmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında I Avropa Oyunlarının bürünc mükafatçısı İlya Qrişunin deyib.

 

Batut gimnastikasında kişilərin fərdi yarışında 3-cü olan Qrişunin dünənki nailiyyəti ilə bağlı danışıb.

 

O bildirib ki, çıxışına övladı baxa bilməyib: “Nəticə ürəyimcədi. Verilən tapşırığın öhdəsindən 90 faiz gəldim. Mənə bəslənən ümidləri puç etmədim. Gimnastika Federasiyasının rəhbərliyinə bizə yaradılan şəraitə görə təşəkkür edirəm. Bütün azərbaycanlı azarkeşlərə minnətdaram. Valideynlərimi, həyat yoldaşımı, övladımı təbrik edirəm. Sağ olun ki, azarkeşlik etdiniz. Mənim çıxışım zamanı övladım yuxuya gedib. O hələ başa düşmür ki, atası uğura imza atıb. Ümid edirəm ki, övladım da böyüyəndə gimnastika ilə məşğul olacaq. Bəlkə də, bir yerdə məşğul olacağıq”.

 

Qrişunin Avropa Oyunlarındakı təşkilatçılıqdan razı qalıb: “Avropa Oyunlarının mükafatçısı olmaq arzum idi. Finala çıxanda əmin oldum ki, medal qazanacam. Tribunalar məni möhtəşəm dəstəklədi. Bir qram da həyəcanım yox idi. Hər şey yüksək səviyyədə oldu. Bunu təkcə mən yox, digər idmançılarımız da təsdiqləyirlər. Avropa Oyunları təşkilatçılıq baxımından Yay Olimpiya Oyunlarını xatırladır”. 

Xəbər lenti