18 İyun 18:05 “Ona qalib gələcəm” – Azərbaycan boksçusu
BAKI-2015 xəbərləri 18 İyun 18:05
575 baxış

“Ona qalib gələcəm” – Azərbaycan boksçusu

“Heç vaxt asan döyüşçü olmur”. Bunu apasport.az saytına Azərbaycanın kişi boksçularından ibarət yığmasının üzvü Lorenzo Sotomayor deyib.

 

Bakı-2015 I Avropa Oyunlarında 64 kq çəki dərəcəsində mübarizə aparan Sotomayor ilk mərhələdə bu gün sloveniyalı Edin Seydinoviçi məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.

 

30 yaşlı boksçu məqsədinin qızıl medalı qazanmaq olduğunu deyib: “Rinqə çıxan hər bir idmançı qələbə qazanmaq istəyir. Sadəcə, hərə öz yolu ilə gedir və güclü olan qalib gəlir. Mənim 1/8 finaldakı rəqibim moldovalı olacaq. O da yaxşı idmançıdı. Ancaq hesab edirəm ki, mən daha yaxşı hazırlaşmışam. Əminəm ki, ona qalib gələcəm. Qızıl medalı qazanmaq istəyirəm”.

 

Qeyd edək ki, Lorenzo Sotomayor moldovalı Dmitri Qalaqotla iyunun 21-də döyüşəcək.

Xəbər lenti