23 İyun 20:11 “Qızıldan başqa medal məni maraqlandırmır” - Azərbaycan boksçusu - VİDEO
BAKI-2015 xəbərləri 23 İyun 20:11
870 baxış

“Qızıldan başqa medal məni maraqlandırmır” - Azərbaycan boksçusu - VİDEO

“Yalnız qızıl medal qazanmalıyam Ancaq heç kimi də zəif rəqib kimi görmürəm”. Bu sözləri apasport.az saytına Azərbaycan yığmasının boks Lorenzo Sotomayor deyib.

 

Bakı-2015 I Avropa Oyunlarında 64 kq çəki dərəcəsində mübarizə aparan Kuba əsilli boksçu bu gün 1/4 finalda rumıniyalı Daniel Nikulesku üzərində qələbə qazanaraq, yarımfinala vəsiqə əldə edib.

 

Artıq bürünc medalı özü üçün təmin edən Sotomayor bununla kifayətlənməyəcəyini söyləyib: “Budəfəki rəqibim ötən döyüşdəkindən güclü idi. Bu baxımdan döyüş bir qədər çətin keçdi. Azarkeşlər də həmişə olduğu kimi, mənə dəstək oldular, motivasiya verdilər. Ancaq mənim motivasiyam budu ki, bu yarışda ancaq qızıl medal qazanmalıyam. Başqa medal məni maraqlandırmır”.

 

Qeyd edək ki, Sotomayor yarımfinalda ukraynalı Viktor Petrovla qarşılaşacaq. Bu görüş iyunun 25-də keçiriləcək.

Xəbər lenti