18 İyun 09:38 “Torbamız medalla dolsa, başqasını götürəcəyik” – Rusiya yığmasının məşqçisi
BAKI-2015 xəbərləri 18 İyun 09:38
631 baxış

“Torbamız medalla dolsa, başqasını götürəcəyik” – Rusiya yığmasının məşqçisi

“İyunun 17-də qazanılan 2 qızıl və 2 bürünc medal bizi qane etmədi. Əgər ayın 18-də idmançılarımız bütün çəki dərəcəsində mükafat qazana bilsələr və bunlardan ikisinin əyarı qızıl olsa, qarşıya qoyduğumuz tapşırığı yerinə yetirmiş sayılacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın sərbəst güləş üzrə yığmasının baş məşqçisi Maqomed Hüseynov deyib.

 

Rusiya I Avropa Oyunlarında kişilərin sərbəst güləş yarışında dünən hər 4 çəki dərəcəsində medal əldə edib. Buna baxmayaraq, komandanın çalışdırıcısı M. Hüseynov qazanılan nəticələrdən tam razı qalmayıb.

 

Rusiya Olimpiya Komitəsinin saytına danışan təcrübəli məşqçi jurnalistin zarafatyana verdiyi “Medal torbanız dolsa, nə edəcəksiz?” sualını belə cavablandırıb: “Əgər torbamız medalla dolsa, başqasını götürəcəyik (gülür)”.

 

Hüseynov yetirmələrinin qarşısına daim yüksək hədəflər qoymasını belə izah edib: “Mən sinxron üzgüçülüklə məşğul olan idmançılardan nümunə götürürəm. Orda idmançılar gün ərzində 8 saat, suyun içində başıaşağı halda isə 5 saat məşq edirlər. Belə olan halda, biz niyə qarşımıza maksimum hədəf qoymayaq? Buna görə də, həm təcrübəli, həm də gənc güləşçilərimizlə intensiv işləyirik”.  

 

Xəbər lenti