18 İyun 21:10 “Üç dəfə onunla qarşılaşıb, məğlub olmuşam” – bürünc medalçımız
BAKI-2015 xəbərləri 18 İyun 21:10
741 baxış

“Üç dəfə onunla qarşılaşıb, məğlub olmuşam” – bürünc medalçımız

“I Avropa Oyunlarında bürünc medal da əhəmiyyətlidi. Biz bunu qazanmaq üçün çox hazırlaşmışdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycanın sərbəst güləş yığmasının üzvü Camaləddin Maqomedov deyib

 

I Avropa Oyunlarında 125 kq çəki dərəcəsində mübarizə aparan Maqomedov bürünc medal uğrunda görüşdə Slovakiya təmsilçisi Soslan Qaqloyev üzərində qələbə qazanıb.

 

O bildirib ki, əslində yarışa qızıl medal qazanmaq istəyi ilə başlayıb: “Nə etmək olar, belə alındı. Bürünc mükafat da yaxşıdı. Öz ölkəmdə, azarkeşlərimizi məyus etmək istəmirdim. Hər kəsə dəstəyə görə təşəkkür edirəm”.

 

Maqomedov 1/8 finalda məğlub olduğu türkiyəli güləşçi Taha Akgülün ondan daha güclü olduğunu qeyd edib: “Mən bütün gücümdən istifadə etdim. Rəqibim məndən güclü idi. Yenə də məşq edəcəm. Dünya və Olimpiya Oyunlarında qələbə qazanacam. Üç dəfə onunla qarşılaşıb məğlub olmuşam. Çalışıb ondan əvəz çıxacam. Bir də bəxtimi sınayacam”.

Xəbər lenti