17 İyun 14:01 Valentin Demyanenko: Bütün idmançılar Azərbaycandan razı gedəcəklər
BAKI-2015 xəbərləri 17 İyun 14:01
2243 baxış

Valentin Demyanenko: Bütün idmançılar Azərbaycandan razı gedəcəklər

“Avropa Oyunlarının əla atmosferi var. Digər idman növlərində olduğu kimi, bizim yarışlar da gərgin keçdi”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakı-2015 I Avropa Oyunlarının gümüş mükafatçısı Valentin Demyanenko deyib.

 

200 m məsafəyə kanoe yarışlarında ikinci olan idmançımız qazandığı nailiyyətlə bağlı danışıb.

 

O bildirib ki, turnirin səviyyəsinin yüksək olduğunu heç kim inkar edə bilməz: “Turnirin səviyyəsi həddindən artıq yüksəkdi. Təşkilatçılığa da söz ola bilməz. Düşünürəm ki, bütün idmançılar Azərbaycandan razı gedəcəklər. Digər idmançılar kimi, mən də Avropa Oyunlarının medalçısı olmaq istəyirdim. Qarşıma məqsəd qoymuşdum və buna çatdım. Daha yaxşı nəticəyə imza atmaq olardı. Amma turniri gümüş medalla bitirmək də pis nəticə deyil. Şadam ki, medalçıların sırasında yer alıram”.

 

Demyanenko I Avropa Oyunlarında medal qazanmasının özü üçün gözlənilməz olmadığını qeyd edib: “Ola bilər, avarçəkmə yarışında Azərbaycanın medal qazanacağını gözləmirdilər. Amma biz dünya və Avropa çempionatlarında dəfələrlə iştirak etmişik və medallar qazanmışıq”.

 

Xəbər lenti