19 İyun 17:09 “Yolun yarısından çoxu keçilib” – Radik İsayev
BAKI-2015 xəbərləri 19 İyun 17:09
392 baxış

“Yolun yarısından çoxu keçilib” – Radik İsayev

“Faktiki olaraq, qızıl medalın bir addımlığındayam. Yolun yarısından çoxu keçilib”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin taekvondoçusu Radik İsayev deyib.

 

Dünya çempionumuz Bakı-2015 Avropa Oyunlarında +80 kq çəki dərəcəsində finala yüksəlməsini şərh edib. Yarımfinalda sloveniyalı İvan Traykoviç üzərində təmiz qələbə qazanan təmsilçimiz bildirib ki, çempionluq döyüşü daha çətin olacaq: “Finaldakı rəqibim zəif deyil. Rusiyalı Vladislav Larinlə artıq görüşmüşəm və 2 dəfə məğlub olmuşam. Allahın köməyi ilə çalışacağam ki, əlimdən gələni edim. Birinci dövrəni buraxdım, çünki rəqibimin sağlamlığı ilə bağlı problemi olduğundan, çıxış etmədi. 1/4 finalda hollandiyalı ilə görüş də çətin keçdi. Sonra növbəti döyüşdə asanlıqla qalib gəldim. Hərçənd, rəqibim zəif deyildi. Traykoviç Olimpiada iştirakçısı və dünya çempionatının mükafatçısı idi. Allaha şükür olsun ki, indi finaldayam. Bir az fasilə və yenə mübarizəmə davam edəcəyəm”.

 

Bu günlərdə ata olan İsayev Avropa Oyunlarından sonra dincələcəyini deyib: “Bugünkü yarışın nəticəsindən asılı olmayaraq, ailəmin yanına gedib, istirahət edəcəm. Qayıtdıqdan sonra isə hazırlıqlara başlayacam. Rio Olimpiadasına lisenziya qazanmaq lazımdı”.

Xəbər lenti