11 İyun 13:48 Braziliya millisi artıq Soçidədi
DÇ-2018 xəbərləri 11 İyun 13:48
237 baxış

Braziliya millisi artıq Soçidədi

Braziliya millisinin futbolçu və texniki heyəti artıq Rusiyadadı. Apasport.az saytının welcome2018.com-a istinadən məlumatına görə, komanda üzvlərini daşıyan təyyarə gecə saatlarında Soçi hava limanına enib.

5 qat dünya çempionları “Swissotel Resort” otelində məskunlaşacaqlar. Onlar “Yuq-Sport” bazasında məşq edəcəklər.

Braziliya millisi baş məşqçi Titenin rəhbərliyi altında ilk məşqini iyunun 12-də keçirəcək.

Qeyd edək ki, Braziliya yığması dünya çempionatında İsveçrə, Serbiya və Kosta-Rika ilə bir qrupda mübarizə aparacaq.

Xəbər lenti