14 İyun 21:23 DÇ-2018: Açılış matçının ən yaxşısı seçildi
DÇ-2018 xəbərləri 14 İyun 21:23
1749 baxış

DÇ-2018: Açılış matçının ən yaxşısı seçildi

Dünya çempionatının açılış matçının ən yaxşı futbolçusu seçilib. Apasport.az saytı xəbər verir ki, FİFA bu ada Rusiya yığmasının yarımmüdafiəçisi Denis Çerışevi layiq görüb.

Səudiyyə Ərəbistanı ilə qarşılaşmada meydana sonradan daxil olaraq, dubla imza atan Çerışev komandasının böyükhesablı qələbəsinin (5:0) memarı olub.

Rusların orta sahə oyunçusu Aleksandr Qolovin isə 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti