12 İyul 23:12 DÇ-2018: Finalın hakimi bilindi
DÇ-2018 xəbərləri 12 İyul 23:12
786 baxış

DÇ-2018: Finalın hakimi bilindi

Rusiyada keçirilən dünya çempionatında son təyinatlar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, FİFA final və 3-cü yer uğrunda qarşılaşmanı idarə edəcək hakimlərin adlarını açıqlayıb.

 

İlk olaraq iyulun 14-də Belçika ilə İngiltərə arasında baş tutacaq təsəlli matçında iranlı Alireza Faqani ədalət təmsilçisi olacaq.

 

Bundan bir gün sonra çempionun bəlli olacağı Fransa – Xorvatiya qarşılaşmasında isə argentinalı Nestor Pitana fit çalacaq.

Xəbər lenti