14 İyun 18:11 DÇ-2018: Joze Mourinyo İngiltərənin çempionluğuna inanır
DÇ-2018 xəbərləri 14 İyun 18:11
221 baxış

DÇ-2018: Joze Mourinyo İngiltərənin çempionluğuna inanır

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo İngiltərə yığmasının Rusiyada keçiriləcək dünya çempionatındakı perspektivlərini dəyərləndirib. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis ingilislərin dünya çempionatını qazanmağa namizəd olduqlarını deyib.

 

“İngiltərənin yaxşı gənc futbolçuları var. Gənc olmalarına rəğmən, onlar kifayət qədər təcrübəlidilər. Dünyanın ən güclü komandalarını təmsil edirlər, ən güclü liqalarda oynayırlar, hamısının futbolun ən yüksək səviyyəsi olan Çempionlar Liqasında təcrübəsi var. Ona görə də, məncə, İngiltərə dünya çempionatının qalibi ola bilər” – deyə, Mourinyo bildirib.

 

Təcrübəli çalışdırıcı son olaraq, mundialın əsas favoritləri hesab olunan Braziliya, Almaniya, Fransa kimi yığmaların şanslarını qiymətləndirib: “Almaniya, Braziliya və Fransa? Onların yaxşı heyətləri ola bilər, ancaq yaxşı heyət heç də həmişə “yaxşı komanda” anlamına gəlmir”.

Xəbər lenti