14 İyun 20:13 DÇ-2018: Rusiya bu il ilk dəfə…
DÇ-2018 xəbərləri 14 İyun 20:13
963 baxış

DÇ-2018: Rusiya bu il ilk dəfə…

Dünya çempionatının açılış matçında Səudiyyə Ərəbistanı ilə qarşılaşan Rusiya millisi tilsimi qırıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, şimal qonşularımız 2018-ci ildə ilk dəfə bir qarşılaşmada 1-dən çox qol vurmağa müvəffəq olub.

Stanislav Çerçesovun komandası mundiala hazırlıq çərçivəsində keçirdiyi 4 yoldaşlıq görüşündə Braziliya (0:3), Fransa (1:3) və Avstriyaya (0:1) məğlub olub, Türkiyə ilə (1:1) heç-heçə etmişdi.

Yeri gəlmişkən, mundialda ilk qolun müəllifi olan Yuri Qazinski bununla Rusiya yığmasının heyətində “siftə” edib.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən Rusiya – Səudiyyə Ərəbistanı görüşündə meydan sahibləri 2:0 hesabı ilə öndədi.

Xəbər lenti