14 İyun 17:06 DÇ-2018: Salahdan yeni xəbər
DÇ-2018 xəbərləri 14 İyun 17:06
926 baxış

DÇ-2018: Salahdan yeni xəbər

Misir millisinin hücumçusu Məhəmməd Salahın vəziyyətinə aydınlıq gəlib. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, o, Uruqvayla keçiriləcək matçda meydana çıxa biləcək.

 

Misir yığmasının baş məşqçisi Ektor Kuper oyun öncəsi keçirilən mətbuat konfransında Salahın zədəsini tamamilə sağaltdığını və oynamağa hazır olduğunu bildirib.

 

Qeyd edək ki, Salah Çempionlar Liqasının finalında “Real”la oynanılan matçda çiynindən zədə almışdı.

Xəbər lenti