14 İyun 15:01 DÇ-2018: Xanımları qonaqlarla cinsi əlaqəyə girməməyə çağırdılar
DÇ-2018 xəbərləri 14 İyun 15:01
695 baxış

DÇ-2018: Xanımları qonaqlarla cinsi əlaqəyə girməməyə çağırdılar

Rusiyanın Ailə, Qadın və Uşaq problemləri üzrə komitəsi dünya çempionatı ilə bağlı yerli əhaliyə müraciət edib. Apasport.az saytının məlumatına görə, qurumun rəhbəri Tamara Pletnava ölkələrində keçiriləcək mundial ərəfəsində yerli xanımları qonaqlarla cinsi əlaqəyə girməməyə çağırıb.

 

70 yaşlı komitə sədri əcnəbilərlə evliliyin belə sağlam olmadığını dilə gətirib: “Gənc xanımlarımızla danışıb, uşaq dünyaya gətirirlər. Onlar dünya çempionatına gələcək qonaqlarla evlənib belə getdikdən sonra ağlayaraq uşaqla geri dönürlər. Yaxşı ailə quracağınız, birlikdə yaşayacağınız, uşağını dünyaya gətirəcəyiniz kişi Rusiya vətəndaşı olmalıdı”.

 

Millətçi olmadığını qeyd edən Pletnava Moskva-1980-dan sonrakı mənzərəni də xatırlayıb: “Həmin Olimpiadadan sonra çox sayda dul analar vardı. Bu uşaqlar Sovet dövründə belə acılar çəkdi. Onların acı çəkməsini istəmirəm”.

 

Qeyd edək ki, Rusiyada bu gün start götürəcək dünya çempionatı iyulun 15-də başa çatacaq.

Xəbər lenti