11 İyul 00:22 Fransa Hollandiyaya şərik çıxdı
DÇ-2018 xəbərləri 11 İyul 00:22
380 baxış

Fransa Hollandiyaya şərik çıxdı

Fransa millisi tarixində 3-cü dəfə dünya çempionatının finalına yüksəlib. Apasport.az saytının məlumatına görə, yarımfinalda Belçikanı 1:0 hesabı ilə məğlub edən Didye Deşamin yetirmələri 1998 və 2006-cı illərdəki kimi həlledici görüşdə oynayacaq.

 

Bununla da Fransa final sayında Hollandiyaya çatıb. Rekord isə Almaniyaya məxsusdu – 8 dəfə.

 

Fransanı qabaqlayan digər ölkələrdən Braziliya və İtaliyanın hərəyə 6, Argentinanın isə 5 finalı var.

Xəbər lenti