12 İyul 00:35 Xorvatiya tarixində ilk dəfə finalda! - YENİLƏNİB
DÇ-2018 xəbərləri 12 İyul 00:35
8204 baxış

Xorvatiya tarixində ilk dəfə finalda! - YENİLƏNİB

Bu gün DÇ-2018-də yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci finalçı Xorvatiya və İngiltərə arasında matçda müəyyənləşib.

 

Rəqiblər Rusiyanın paytaxtı Moskvada üz-üzə gəlib. 1966-cı ildən sonra 52 ildi çempionluğa həsrət olan İngiltərə millisi yenə kuboka yaxınlaşa bilməyib. Ada təmsilçisi erkən qolla hesabı açmasına baxmayaraq, sonda meydanı məğlub tərk edib. Bununla da Xorvatiya tarixində ilk dəfə adını finala yazdırıb.

 

DÇ-2018

Yarımfinal

 

11 iyul

Xorvatiya – İngiltərə - 2:1

Qollar: İvan Perişiç, 68; Mario Mandzukiç, 109 - Kiran Trippier, 5

Sarı vərəqələr: Mario Mandzukiç, 48; Ante Rebiç, 96 - Kayl Uolker, 54

Hakimlər: Cüneyt Çakır, Bahettin Duran, Tarik Ongun (hamısı Türkiyə), Byorn Kuypers (Hollandiya)

Moskva. “Lujniki” stadionu

Xorvatiya: 23. Daniyel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Ştriniç (22. Yosip Pivariç, 95), 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k) (19. Milan Badel, 119), 11. Marselo Brozoviç, 17. Mario Mandzukiç (5. Vedran Çorluka, 115), 18. Ante Rebiç (9. Andrey Kramariç, 101), 21. Domaqoy Vida

Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 12. Lovre Kaliniç, 8. Mateo Kovaçiç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 20. Marko Pyaça

Baş məşqçi: Zlatko Daliç

İngiltərə: 1. Yordan Pikford, 2. Kayl Uolker (11. Ceymi Vardi, 112) 5. Con Stounz, 6. Harri Maquayr, 7. Yesse Linqard, 8. Cordan Henderson (4. Erik Dayer, 97), 9. Harri Keyn, 10. Rahim Sterlinq (19. Markus Reşford, 74), 12. Kiran Trippier, 18. Eşli Yanq (3. Denni Rouz, 91), 20. Dele Alli

Ehtiyat oyunçular: 13. Cek Butland, 23. Nik Pope, 14. Denni Uelbek, 15. Qari Keyhill, 16. Fil Cons, 17. Fabian Delf, 21. Ruben Loftus-Çeyk, 22. Trent Aleksandr-Arnold

Baş məşqçi: Qaret Sautqeyt

Xəbər lenti