12 Avqust 09:00 4-cü gündə 9 medal
DİGƏR NÖVLƏR xəbərləri 12 Avqust 09:00
459 baxış

4-cü gündə 9 medal

Qəbələdə keçirilən atıcılıq üzrə Dünya Kubokunun 4-cü günündə 3 dəst medalın sahibi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, Qəbələ Stend və Ox Atıcılığı Kompleksində təşkil olunan yarışlarda kişilər 50, qadınlar 25 metr məsafəyə tapançadan atəş açmaqda, həmçinin kişilər dabl-trapda qüvvələrini sınayıblar.

 

Tapança növündə yarış asiyalıların üstünlüyü ilə keçib. Belə ki, 6 medaldan 5-i asiyalıların olub. Çin ikisi qızıl olmaqla, üç medal qazanıb. Koreya isə hesabına iki medal əlavə edib. Digər mükafat Rusiyanın olub.

 

Stenddə keçirilən dabl-trapda isə ABŞ, Böyük Britaniya və Rusiya növbəti medalını əldə edib.

 

Tapança: 50 m, kişilər
1. Jiajie May (Çin) 
2. Daehun Park (Koreya) 
3. Çeonqyonq Kim (Koreya) 
 

Tapança: 25 m, qadınlar
1. Lijia Çao (Çin) 
2. Vutalina Bataraşkina (Rusiya) 
3. Jinqjing Janq (Çin) 
 

Dabl-trap, kişilər 
1. Valton Eller (ABŞ) 
2. Stiven Skott (Böyük Britaniya) 
3. Vasili Mosin (Rusiya)

Xəbər lenti