3 Avqust 15:03 Azərbaycan millisi Qdanskdən 5 medalla qayıdır
DİGƏR NÖVLƏR xəbərləri 3 Avqust 15:03
664 baxış

Azərbaycan millisi Qdanskdən 5 medalla qayıdır

Polşanın Qdansk şəhərində keçirilən bədii gimnastika üzrə “Baltic Cup” başa çatıb. Gimnastika Federasiyasından apasport.az saytının məlumata görə, yarışda iştirak edən Azərbaycan millisinin qazancı 5 medal olub.

 

Belə ki, yığmamızın lideri Marina Durunda top və gürzlərlə çıxışında hamını qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həmçinin, çoxnövçülükdə də gümüş medala sahib olub.

 

Baltik dənizinin sahillərindən Gülsüm Şəfizadə də mükafatsız qalmayıb. O, halqa və lentlə çıxışlarına görə, müvafiq olaraq, ikinci və üçüncü olub.

 

Yarışda Azərbaycanı təmsil edən digər gimnastımız Zeynep Celep 4 çıxışının nəticələrinə əsasən 8-ci yerdə qərarlaşıb.  

Xəbər lenti