2 İyul 12:01 Azərbaycan yelkənçiləri Avropa çempionatında uğurla təmsil olunub
DİGƏR NÖVLƏR xəbərləri 2 İyul 12:01
191 baxış

Azərbaycan yelkənçiləri Avropa çempionatında uğurla təmsil olunub

Haaqada Scheveningen dəniz limanında "Optimist" sinfi üzrə keçirilən Avropa çempionatı sona çatıb. Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri Avropa çempionatında ölkəmizi müvəffəqiyyətlə təmsil ediblər. 

 

Fderasiyadan APA-ya verilən məlumata görə, çətin hava şəraitinə baxmayaraq yelkənli və digər su idmanlarına həsr olunan Avropa çempionatında uğurla iştirak edən yelkənçilərimizin yarışlarda fədakar iştirakı Beynəlxalq səviyyəli məşqçilərin diqqətini cəlb edərək xüsusi rəğbətlə qarşılanıb. Təcrübəli və dünya şöhrətli yelkənçilərin iştirak etdiyi Avropa çempionatında yelkənçilərimizin Azərbaycanı təmsil etməsi və idmançılarımızın uğurlu iştirakı gələcəkdə də bu cür yarışlara daha əzmlə hazırlaşmağa əsas verir.

"Optimist" sinfi üzrə keçirilən Avropa çempionatında Azərbaycanı yelkənçilərimiz Ayla Babayeva, Murad Allahverdi, İsmayıl Kərimov, Murad İsmayılov, Murad Hacı-zadə, Kristina Kərimova, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız  təmsil ediblər.

 

Xatirladaq ki, aktiv bazası 2014 – cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist" və "Laser" sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir. 

Məqsədlərə çatmaq üçün Federasiya tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkənli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət edilməsi təmin edilib. Bu addımların davamı olaraq 31 may – 3 iyun tarixlərində də Yelkənli İdman Federasiyasının komandasının hazırlığı, o cümlədən  yerli məşqçilərin təcrübə qazanması məqsədi ilə təlim düşərgəsi təşkil olunmuşdu. Məşqlərin yüksək keyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi, 6 dünya və 4 avropa çempionatının qalibi, 30 il məşqçi kimi fəaliyyət göstərən Dragan Gasic Yelkənli İdman Federasiyası tərəfindən təlimə cəlb edilmişdi. 
 

Xatırladaq ki, Azərbaycan Respublikası Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova Sloveniyada keçirilən “Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasından 4 – cü yerdə qərarlaşaq yüksək nəticə göstrəmişdi.

 

Xəbər lenti