12 Noyabr 17:39 Azərbaycan yığmaları ləğv edildi
DİGƏR NÖVLƏR xəbərləri 12 Noyabr 17:39
5928 baxış

Azərbaycan yığmaları ləğv edildi

Ölkədə otüstü hokkey idman növü üzrə bütün fəaliyyətlər dayandırılıb 
 

 

Bu gün Azərbaycan otüstü hokkey yığmasının üzvləri və məşqçiləri “Exelsior” otelin qarşısında aksiya keçirib. Onlar maaşlarının verilməsini tələb ediblər.

 

Otüstü Hokkey Federasiyasının mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev Lent.az-a bildirib ki, ölkədəki otüstü hokkey komandaları və yığmalar bu ilin iyul ayının 1-dən buraxılıb: “Həmin tarixdən etibarən otüstü hokkey komandaları da buraxılıb. Ümumilikdə isə bu sahədə olan 400-500 nəfər, həm idmançılar, həm də məşqçilər və digər texniki heyət üzvü var. Onlara verilməli olan maaşın ümumi miqdarı isə 50 min manata yaxındır”. Federasiya rəsmisinin sözlərinə görə, ölkədə otüstü hokkey idman növü üzrə bütün fəaliyyətlər artıq dayandırılıb.

 

 

Federasiyadan maaşlarının tələb edənlər arasında ukraynalı və pakistanlı legionerlər və texniki işçilər də var.

 

 

Federasiyadan o da bildirildi ki, məsələ ilə bağlı prezidentə müraciət olunub. Ölkə başçısı məsələnin araşdırılmasını Gənclər və İdman Nazirliyinə tapşırıb. 

Xəbər lenti