10 Avqust 11:36 “Belə idman qurğuları heç bizdə yoxdu” – Rusiya atıcısı
DİGƏR NÖVLƏR xəbərləri 10 Avqust 11:36
2779 baxış

“Belə idman qurğuları heç bizdə yoxdu” – Rusiya atıcısı

“İlk dəfədi ki, Azərbaycana gəlirəm. Burda gördüklərim məni sadəcə, heyran etdi”. Bunu apasport.az saytına atıcılıq üzrə Rusiya millisinin üzvü Kira Mozqalova deyib.

 

Qəbələdə keçirilən Dünya Kubokunda 25 metr məsafədən atəş açmaqda qüvvəsini sınayan Mozqalova atıcılıq mərkəzini tərifləyib: “Möhtəşəm atıcılıq mərkəzində mübarizə aparırıq. Belə idman qurğuları heç bizdə yoxdu. Təşkilatçılıq yüksək səviyyədədi. Komandamızın bütün üzvləri Qəbələdən məmnun qalıb. Yalnız havanın isti olması bir az çətinlik yaradır. Lakin deyirlər ki, Bakı burdan çox istidi. Bunu nəzərə alsaq, hava problemi ciddi deyil. Həm də ki, biz yarışdan iki həftə əvvəl Qəbələyə gəlmişik. Burda təlim-məşq toplanışı keçdik. Artıq havaya uyğunlaşdıq”.

 

Rusiyalı idmançı yarışla bağlı hədəfini də açıqlayıb: “Azərbaycana yaxşı nəticə göstərməyə gəlmişəm. Bacardığım qədər Olimpiya lisenziyası üçün mübarizə aparacam. Hədəfim mükafatçılar sırasına düşməkdi. Təəssüf ki, startda o qədər də uğurlu çıxış edə bilmədim. Amma çalışacam vəziyyəti düzəldim”.

Xəbər lenti