27 Oktyabr 10:12 BOK Küveyti dünya idmanından uzaqlaşdırdı
DİGƏR NÖVLƏR xəbərləri 27 Oktyabr 10:12
537 baxış

BOK Küveyti dünya idmanından uzaqlaşdırdı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) sərt qərarla diqqət çəkib. Apasport.az saytının məlumatına görə, BOK Küveyt Milli Olimpiya Komitəsini (MOK) diskvalifikasiya edib.

 

BOK bu qərarını Küveyt hökumətinin idmana müdaxiləsi ilə əlaqələndirib. Bu barədə məlumatı Küveyt Milli Olimpiya Komitəsinin prezidenti şeyx Əhməd Əl-Fahad Əl-Sabah verib. MOK rəhbəri bildirib ki, bu qərar bir vətəndaş kimi onu məyus edib və idmançılara mənfi təsir göstərib.

 

O, hətta əlavə edib ki, əgər vəziyyət düzəlməsə, o zaman Küveyt idmançıları gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakdan məhrum olacaqlar.

 

Qeyd edək ki, bir müddət əvvəl də FİFA Küveyt Futbol Assosiasiyasını diskvalifikasiya etmişdi.

Xəbər lenti